Təqdimat Təlimatları

Təqdimat qaydaları:
-Jurnala məqalələr azərbaycan, rus, ingilis və türk dillərində qəbul edilir.
-Məqalələr Times New Roman-la, 1,5 interval və 14 şriftlə yazılmalıdır.
-Əsas mətn ən azı 2000-2060 sözdən ibarət olmalıdır (nəticə, ədəbiyyat siyahısı və xülasə mətnlər istisna olunmaqla).
-Parametrlər aşağıdakı qaydada olmalıdır:
        Aşağı – 2
        Yuxarı – 2
        Sağ – 3
        Sol – 1
        Abzas 1 sm. olmalıdır.

Başlıq:
– Öncə məqalənin adı, 1 sətir boşluqdan sonra müəllifin adı verilir. Məqalənin adı bütün hərflər böyük olmaqla qara (bold) ilə verilir. Məqalənin adı ortada, müəllifin adı sağda qara ilə olmalıdır. Soyadının bütün hərfləri qara ilə və böyük hərflərlə verilməlidir.
– Məqalənin yazıldığı dildəki açar sözlər müəllifin adından sonra aşağıdakı qaydada 10 şriftlə, 1 sətir öncədən, 1 sətir sonradan ara verilməklə yazılmalıdır. Açar sözlər 4-5 sözdən ibarət olmalıdır:
– Müəllifin elmi dərəcəsi, işlədiyi yer və e-mail adresi soyadının qarşısına ulduz (*) işarəsi qoyulmaqla səhifə sonunda kursivlə verilir.
– Məqalələr daxili bölgülərlə verilməlidir: Giriş, I, II… və Nəticə. Paraqraflar adlandırılmalıdır.
– Bu adlandırmalar qara şriftlə fərqləndirilməli və adlardan öncə 1 sətir ara verilməlidir.
– Ədəbiyyat kod sistemi ilə verilməlidir: ya istifadə ardıcıllığı və ya əlifba sırası əsas götürülməlidir. Başqa qaydalar qəbul edilməyəcək.
– Mətn içində istinadlar bu qaydada veriləcək: (3, s. 15)
– Ədəbiyyat sözü qara və kursivlə yazılmalı, öncə bir sətir ara verilməli və ortada olmalıdır.
– Ədəbiyyat siyahısı əllə deyil, avtomatik olaraq, nömrələnməlidir. Ədəbiyyatın sırası 1 sm. sağa doğru çəkilməli və sol sıra çıxıntısız olmalıdır. Məsələn:

Çoxcildli nəşrlər:
– Əliyev, H.Ə. Müstəqilliyimiz əbədidir: [46 cilddə] / H.Əliyev. – Bakı: Azərnəşr, – c. 45. – 2013. – 384 s.

Müəllifi göstərilməyən nəşrlər:
– Azərbaycan folkloru: (məktəblilər üçün seçmələr) / tərt. ed. B.Abdulla – Bakı: Şərq-Qərb, – 2005. – 360 s.

Jurnal məqalələri:
– Həbibbəyli, İ.Ə. Maarifçilik və realizm // – Bakı: Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri, Humanitar elmlər seriyası, – 2018. №1, – s. 3-10.

Konfrans materialları:
– Gatys, L.A., Ecker, A.S., Bethge, M. Image style transfer using convolutional neural networks // IEEE Conference on Computer Vision and Pattern Recognition. Las Vegas, Nevada, USA, – 2016, – p. 2414-2423.

Dissertasiyalar:
– Səfərov, E.S. Xəzər dənizinin səviyyə tərəddüdlərinin məsafədən zondlama üsulları ilə tədqiqi: / coğrafiya üzrə fəlsəfə doktoru dis. / – Bakı, 2018. – 151 s.

Dissertasiyanın avtoreferatı:
– Səfərov, E.S. Xəzər dənizinin səviyyə tərəddüdlərinin məsafədən zondlama üsulları ilə tədqiqi: / coğrafiya üzrə fəlsəfə doktoru dis. avtoreferatı. / – Bakı, 2018. – 26 s.

Elektron resurslar:
– Gleason, E. A. Viewpoint: Soft Metal Gains Hulk-Like Strength: [Electronic resource] / Physics 12, 125. – November 11, 2019. URL: https://physics.aps.org/articles/v12/125.
– Xülasələr üç dildə (Azərbaycan, rus və ingilis) yazılmalıdır. Xülasə mətnlərinin hər biri ən azı 250 sözdən ibarət olmalıdır. Öncə müəllifin adı, növbəti sətirdə məqalənin adı qara şriftlərlə verilməlidir. Müəllifin adı qara və sağda, məqalənin adı ortada qara və kursivlə yazılmalıdır.
-Müəllif adından öncə 1 sətir ara verilməlidir.
-Mətndə şeirlərdən istifadə olunmuşsa, şeirlər 1 sətir öncə və bir sətir sonra olmaqla mətndən ayrılmalıdır. Şeirlər kursiv və qara ilə verilməli, 2 sm. sağa doğru çəkilməlidir.

Mühüm qeydlər:

  • Bu qaydalara uyğun yazılmayan, orfoqrafik, imla və ya üslub xətaları olan  məqalələr qəbul edilməyəcək.
  • Elmi dərəcəsi olmayanların məqalələrini elmi rəhbərlərinin oxuyub imzalaması vacibdir.
  • Bütün məqalələr bir rəy və şöbə müzakirəsinin protokolundan çıxarış ilə kağızda və elektron variantda təqdim edilməlidir.

Bakı Avrasiya Universitetinin “Sivilizasiya”  elmi-nəzəri, praktik jurnalı 2012-ci ildən etibarən nəşr olunur.

Əsas Keçidlər

Əlaqə Nömrələri

Copyright © 2024. Bütün hüquqlar qorunur.